Bazar ertəsi, 20 May

"Netanyahu yeriyən ölü adamdır"

image

Amerikalı jurnalist və Pulitzer mükafatı laureatı Seymur Herş yeni məqaləsində İsrailin  baş naziri Binyamin Netanyahunun işinin bitdiyini bildirib. 

Xəbər verilir ki, bu barədə CNN məlumat yayıb. 

"Baş nazir Benyamin Netanyahunun işi bitib. O, yeriyən ölü adamdır", - Herş deyib.

Jurnalistin fikrincə, Netanyahu İsrailin baş naziri postunu “daha ​​bir və ya iki ay” – aktiv döyüşlər dayandırılana qədər  saxlayacaq.

Oktyabrın 11-də Netanyahu İsraildə fövqəladə hökumət yaradıldığını elan edib.  Netanyahu vurğulayıb ki, İsrail HƏMAS-ı tamamilə məhv etmək üçün Qəzzada hərbi əməliyyat keçirir.

Oktyabrın 7-də səhər saatlarında İsrailə qarşı kütləvi raket zərbəsi endirilib. Qəzza zolağına rəhbərlik edən İslamçı HƏMAS hərəkatı hücuma görə məsuliyyəti öz üzərinə götürüb. 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 25 dərəcə isti olacaq

  • 20.05.2024 - 10:06
image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41